6 Oktyabr 2014 03:30
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Ukraynaya 12 milyon dollar dəyərində humanitar yardım göndərib.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik Şurası analitik informasiya mərkəzinin spikeri Vladimir Polevoy Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, humanitar yardım mobil evlər, səhra mətbəxi, radiator, elektrik generatoru, yanacaq və su çənləri, qış geyimi, yorğan, yatacaq və gigiyenik vasitələrdən ibarətdir.

Nihad


Müəllif: