23 İyun 2020 22:28
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyədə koronavirusdan 27 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 001 nəfərə çatıb.

Nazirin sözlərinə görə, son sutkada ölkədə təhlükəli infeksiyaya 1 260-dan çox yeni yoluxma aşkarlanıb.

“Bu gün 1 268 yoluxma aşkarlandı, yoluxmaların ümumi sayı 190 165 nəfərdir. Bu gün biz 27 pasiyent itirdik. Ölənlərin ümumi sayı 5 001 nəfərdir. Bu gün 1 315 nəfər sağaldı, ümumi sağalma 162 848 nəfərdir”, - deyə Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu ötüb. Bunların 4,9 milyondan çoxu sağalıb, 474 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər