24 İyun 2020 15:27
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın işğal edilmiş Krım bölgəsində Sovet İttifaqı qəhrəmanı, erməni Aşot Amatuninin abidəsi qoyulub.

Teleqraf.com xəbər verir ki, Simferopolda keçirilən açılış mərasimində Krımdakı separatçıların başçısı Sergey Aksenov iştirak edib. Abidə şəhər məktəblərindən birinin ərazisində Krımdakı erməni icmasının vəsaiti hesabına quraşdırılıb.

Əlavə edək ki, Ukrayna hökuməti bundan əvvəl Krımda qanunsuz səfərlərin təşkilinə görə Ermənistana xəbərdarlıq etmişdi. Sözügedən açıqlamada eyni zamanda Ukrayna vətəndaşlarından Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etməmələri tələb olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər