26 İyun 2020 20:56
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin “Eva Pharma” əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb. Bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəllər Ebola virusuna yoluxanların müalicəsində də istifadə edilib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Gilead Sciences” biofarmasevtika şirkətindən lisenziya alan Misir firması “Remdesivir”i 127 ölkəyə ixrac edəcək. “Eva Pharma”nın mətbuat açıqlamasında qeyd olunub ki, bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb. Digər preparat – “Favipiravir”in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdrılacaq. Onun yekun qiyməti hələ müəyyən edilməyib. Bu dərman Yaponiyanın “Avigan” preparatının əvəzedicisidir.

Misir şirkəti dərman preparatlarını Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə başqa dövlətlərdən də sifarişlər qəbul ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər