29 İyun 2020 10:44
4 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko mövcud mürəkkəb geosiyasi vəziyyətdə respublikanı Rusiyanın yeganə müttəfiqi adlandırıb.

Teleqraf.com xəbər verir ki, o, bunu Minsk vilayətinin nümayəndələri ilə görüşdə deyib. Görüşlə bağlı süjet “Belarus-1” telekanalında yayımlanıb.

“Rusiya ilə qalan yeganə müttəfiq Belarusdur”, – deyə o bildirib.

A.Lukaşenko əlavə edib ki, respublika Rusiyanın “almanlardan sonra” ikinci ən böyük qaz alıcısıdır: “Biz onların çox miqdarda neftini emal edirik. Əlbəttə, onlar Belarusu iqtisadi, amma ən başlıcası siyasi baxımdan itirmək istəmirlər. Çünki Belarusu itirmək Rusiyanın daxili siyasətinə ağır zərbə olacaq”, - deyə o qeyd edib.

Avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. Altıncı müddət üçün seçki yarışına qatılmaq niyyətində olan Lukaşenko bəyan edib ki, ölkədə inqilab təşkil etmək istəyirlər. O, iyunun 25-də seçki kampaniyasına xarici müdaxilədən şikayətlənib. Onun sözlərinə görə, Rusiyanın Telegram-kanalları Belarus hakimiyyətini nüfuzdan salmaq üçün “dəhşətli feyk”lər yayır. O, yaranmış vəziyyəti Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyinə söz verib.


Müəllif: Səxavət

Oxşar xəbərlər