30 İyun 2020 00:26
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Kobani şəhərində yaşayan kürdlər bölgədəki Rusiya hərbi qüvvələrinə qarşı etiraz aksiyası keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Etirazçılar rus qoşunlarından bölgədəki Türkiyə hərbi qüvvələrinin qarşısını almağa çağırıblar. Minlərlə qəzəbli kürd Rusiya ordusunun yerləşdiyi əraziyə toplaşıb.

Bundan əlavə, kürdlər ABŞ və Rusiyadan Ankaranı mart ayında Rusiya-Türkiyə atəşkəs razılaşmasına əməl etməyə çağırmağı tələb ediblər.

Aksiyada iştirak edənlərin böyük əksəriyyəti PKK terror təşkilatının üzvləri olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər