3 İyul 2020 11:08
2 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Florida ştatında polis onun üstünə bağıran afroamerikalı qadını yumuruqla yerə sərib.

Teleqraf.com xəbər verir ki, hadisə Floridanın Miami şəhərinin hava limanında qeydə alınıb.

Kamera qeydlərində qadının polisə: “Ağdərili kimi davranırsınız, amma gərmədən arasan. Nə edəcəksən?” dediyi ortaya çıxır.

Qadının ona yaxınlaşdığını görən polis onu yumuruqla yerə sərir. Bəlli olub ki, uçuşun gecikməsi səbəbilə qadının hava limanı əməkdaşları ilə mübahisə etməsindən sonra polis hadisə yerinə gəlib.

Miami Polis Departamentinin direktoru Alfredo Ramirez bildirib ki, baş verənlərdən üzgündür, araşdırma başlanılıb: “Polis əməkdaşı hazırda xidmətdən kənarlaşdırılıb”.

Miami Bələdiyyəsi isə elan edib ki, polis hadisə zamanı aşırı güc tətbiq edib.


Müəllif: Cavad