Ermənistandan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə giriş-çıxış dayandırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı terrorçu rejimin nümayəndəsi Qriqor Martirosyan məlumat verib.
O, qərarı Dağlıq Qarabağda koronavirus infeksiyasının geniş yayılması səbəbindən elan edilmiş sərtləşdirilmiş karantin rejimi ilə əlaqələndirib.
Qərara əsasən, yük daşımaları istisna olmaqla, digər şəxslərin işğal bölgəsinə giriş-çıxışına icazə verilməyəcək.
Əlavə edək ki, bu günədək Dağlıq Qarabağda 142 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alınıb.