10 İyul 2020 08:25
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya prezidentinin vəzifəsini müvəqqəti icra edən Janin Anyesdə koronavirus infeksiyası aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Janin Anyes "Twitter"dəki səhifəsində bildirib ki, koronavirus testi müsbət nəticə verib.

"COVID-19 testinin nəticələri müsbət oldu. Mənim vəziyyətim normaldır. Özünütəcrid şəraitində işləyəcəm", - deyə o qeyd edib.

Xatırladaq ki, Boliviyanın Səhiyyə naziri, Mərkəzi Bankın sədri və ölkə Prezidenti Administrasiyasının rəhbəri də koronavirusa yoluxublar.


Müəllif: Teleqraf.com