İndoneziyadakı Sinabung vulkanının təkrar fəaliyyətə keçməsiylə bazar günündən bəri 3 min metr yüksəkliyə qədər püskürülən kül ətraf kəndlərə yağmağa başlayıb. Teleqraf.com-un “TRT Haber”ə isitnadən məlumatına görə, vulkan sahəsində bu gün 77 partlama və aktivləşmə qeydə alınıb.
Sumatra adasının şimalında olan Sinabung vulkanının püskürtdüyü kül səbəbindən ətrafdakı məskunlaşma vahidlərində yaşayanlar hazırda maska və çətirdən istifadə edirlər. Kəndlərə yağan kül avtomobillərin və yolların ağa bürünməsinə səbəb olub. İnsanlar kül, tüstü və yanğın qorxusundan evlərinin şüşələrini aça bilmirlər. Digər tərəfdən, belə şəraitdə görmə məsafəsinin azalması avtomobildən istifadənin minimum həddə enməsinə gətirib çıxarıb.
Vulkanda püskürülən kül kütləsinin artması səbəbiylə ətrafdakı yaşayış məntəqələrində təhsilə fasilə verilib. Bununla yanaşı, üçüncü dərəcəli həyəcan elan edən səlahiyyətlilər vulkandan 3 km məsafədə olan evləri boşaltmağa tələsməməyə çağırıblar.
400 il fəaliyyətsiz hesab olunan Sinabung vulkanı son 3 ildə yenidən aktivləşməyə başlayıb. Bu ilin əvvəlində müvafiq ərazidə qəfil vulkan püskürməsi nəticəsində isə 16 nəfər həlak olub, 25 şəxs isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Nail Cəlil