12 İyul 2020 19:09
1 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanlı aktrisa və 1994-cü il “Dünya gözəli” seçilmiş Ayşvariya Ray və qızı Aaradxiyudan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Teleqraf.com xəbər verir ki, bunu aktrisanın həyat yoldaşı Abhişek Baççan bildirib.

“Onlar karantini evdə keçirəcəklər. Ailəmin digər üzvləri, o cümlədən anamın testi mənfi nəticə verib. İstəklərinizə və dualarınıza görə hamınıza təşəkkür edirəm”.

Bundan əvvəl, Abhişek Baççanın atası, Bollivud aktyoru Amitabh Baççanın da koronavirusa yoluxduğu bildirilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər