17 İyul 2020 08:45
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada son bir gündə koronavirusa yoluxma hallarının sayı 45 mindən çox artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə infeksiyaya yoluxma hallarının ümumi sayı 2 012 151-ə çatıb. Son 24 saat ərzində virusa 45 403 yoluxma aşkar edilib.

Cənubi Amerika ölkəsində virusdan ümumilikdə 76 688 insan ölüb. Son sutkada daha 1 322 insan pandemiyanın qurbanı olub.

Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkə eləcə də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər