Fransanın Nant şəhərində XV əsrə aid Müqəddəs Pyotr və Pavel kafedral kilsəsində baş verən yanğın tam söndürülüb.
Teleqraf.com xəbər verir ki, hadisə yerinə Fransanın Baş Naziri Jan Kasteks, Daxili İşlər naziri Jerald Darmanen və Mədəniyyət naziri Rozelin Başlı gəlib.
Kilsəsinin qəsdən yandırılması ilə bağlı təhqiqata başlanılıb.
Yanğınsöndürmə briqadasının sözçüsü Jerom Lanqlua kilsəyə Notr-Damdakı qədər ziyan dəymədiyini açıqlayıb.
Səhərə qədər kilsənin daxilinə heç kimin buraxmayacağı açıqlanıb.