Bəşər Əsəd ordusu Suriyanın şimalında müxalif hərbi qüvvələrin nəzarətindəki Bab bölgəsinə “Qrad” raketləri ilə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, hücum nəticəsində iki mülki şəxs həyatını itirib, daha iki nəfər yaralanıb.
Bölgəyə ümumilikdə 4 “Qrad” zərbəsinin endirildiyi bildirilib.
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Babı 2017-ci ildə İŞİD terror təşkilatından azad etmişdi.