26 İyul 2020 19:08
4 724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Dini İşlər İdarəsi Ayasofya məscinin açılışında Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkə bədduanın oxunması ilə bağlı yayılan iddialara cavab verib.

Teleqraf.com xəbər verir ki, bu barədə idarənin rəhbəri Əli Ərbaş açıqlama verib.

Məscid statusunun verilməsindən sonra – iyulun 24-də Ayasofyada ilk namazı Əli Ərbaş qıldırmışdı. Ərbaş cümə xütbəsində “Bizim inancımızda vəqf malı toxunlmazdır, toxunanı yandırar, vəqf edənin şərti imtinaedilməzdir, bunu çeynəyən lənətə uğrayar”, ifadəsinə yer vermişdi.

Bundan sonra kəskin reaksiyaların hədəfində olan Ərbaş məsələ ilə əlaqədar açıqlama verərək, bu iddianın həqiqətə uyğun olmadığını bildirib: “Atatürk 82 il əvvəl vəfat edib. Vəfat edən insanlar üçün dua edilir, bəddua yox”.


Müəllif: Mənsur Rəğbətoğlu