28 İyul 2020 11:46
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada kiçik motorlu təyyarə yerə düşüb, amma pilot və bir sərnişin qəzadan sag-salamat xilas ola bilib.

Teleqraf.com xəbər verir ki, hadisə ölkənin Guabiruba bölgəsində qeydə alınıb.

Təyyarə təxminən 300 metr yüksəklikdən yerə düşüb. 35 yaşlı pilot Fabio Rays və 33 yaşlı sərnişin Alessandro Kunhaqo qəzadan sağ çıxıb.

Təyyarə düşdüyü avtomobil şosesində heç kimə ziyan vurmayıb.

Test uçuşu zamanı baş verən qəzaya səbəb kimi təyyarənin motorunda olan qüsurdan şübhələnirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər