İranın Kirman əyalətinin Hocedk şəhərində 4,8 bal gücündə zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
İtki, xəsarət alan və dağıntı barədə hələlik informasiya yayılmayıb.