29 İyul 2020 20:30
3 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 11 900 hərbi qüvvəsini Almaniyadan geri çəkəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper açıqlama verib.

Hərbi qüvvələrin 5 400-nün digər NATO üzvü olan dövlətlərə göndəriləcəyini deyən Esper, qalanların ABŞ-a qayıdacağını bildirib.

O, köçürülmə işinin qarşıdakı həftələrdə baş verəcəyini deyib.

Almaniyaya dislokasiya edilən “F-16” qırıcıları İtaliyaya göndəriləcəyi halda, Avropa Komandanlığı Qərargahı Belçikaya dislokasiya ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu