Braziliya prezidenti Jair Bolsonarunun xanımı Mişel Bolsonaru koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
"Mişel Bolsonaru cümə axşamı - 30 iyulda koronavirus analizi verdi, hansının ki, nəticəsi müsbət oldu", - xəbərdə deyilir.
Onun vəziyyəti normal qiymətləndirilir. Qeyd edilir ki, Braziliyanın birinci xanımı sanitar tələblərə riayət edəcək.
"Birinci xanım Prezident Administrasiyasının tibb personalının müşahidəsi altında olacaq", - mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl Braziliya Prezidenti özü də koronavirusa yoluxub.