4 Avqust 2020 00:16
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Hubey vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən yanğın nəticəsində 4 nəfər itkin düşüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 3-də yerli vaxtla saat 17:30 radələrində Siantao şəhərinin Siliuhe qəsəbəsində baş verib. Yanğından sonra yaranan güclü yanğının tüstüsü qəsəbənin ətraf ərazilərindən də görünüb. Dərhal hadisə yerinə cəlb olunan yanğınsöndürənlər bir müddət sonra yanğını nəzarət altına alıblar.

Hazırda itkin düşənlər axtarılır.


Müəllif: Teleqraf.com