10 Oktyabr 2014 19:09
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı professor Al Şimkus indiyə qədər 3 min 800 nəfərin ölümünə səbəb olan Ebola virusuna aid ilginc iddia irəli sürüb.

ABŞ hərbi akademiyada dərs deyən professor Al Şimkus "Forbes" jurnalına verdiyi müsahibədə İŞİD hərbçilərinin özlərinə Ebola virusunu keçirərək bir növ kamikadze ola biləcəyini söyləyib.

Professor İŞİD-çilərin Ebola virusunu yaymaq üçün belə bir yola əl ata biləcəklərini bildirib.

Qərbi Afrikanı öz təsiri altına alan qorxulu Ebola virusu indiyə qədər 3 min 800 nəfərin ölümünə səbəb olub. İngilis tibb professorlarının fikrincə, İŞİD terrorçularının bu xəstəliyi insanlara keçirə bilməyə zamanları olmayacaq və xəstəliyə tutulan kimi öləcəklər: "Əgər insan intihar ediləcəksə, bədəninə bomba yerləşdirib partladması daha məntiqli olar".

Jurnalda belə bir məlumat da var ki, ABŞ yeni bioloji silah üzərində işləyir. 5,6 milyard dollarlıq "Project Biosheld" adlı silah Ebola virusunu yaymaq üzrə ixtisaslaşdırılır.


Müəllif:

Oxşar xəbərlər