Avqustun 4-də güclü partlayışın baş verdiyi Beyrutdakı vəziyyətlə əlaqədar ABŞ, Fransa, Livan və digər ölkə liderlərinin onlayn görüşü sabah baş tutacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
“Bazar günü Makron, Livan və dünyanın digər liderləri ilə bir onlayn konfrans keçirəcəyik. Hər kəs kömək etmək istəyir”, - Tramp deyib.
Amerika prezidenti ayrıca, ABŞ-dan Livana humanitar yardım və mütəxəssisləri aparan üç təyyarənin göndərildiyini də söyləyib.