Belarusun paytaxtı Minskdə “Qələbə” meydanı yaxınlığında müxalif qüvvələr etiraz aksiyası keçirməyə cəhd edib.
Teleqraf.com xəbər verir ki, meydana onlarla insan toplaşıb. Meydan ətrafında həmçinin 15 xüsusi polis maşınının olduğu deyilir.
Məlumata görə, polis aktivistləri saxlamağa başlayıb.
"Sputnik Belarus" isə polisin etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq etdiyini, yaralananların olduğunu yazıb.