11 Avqust 2020 08:25
3 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə hökumətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı iclasdan sonra keçirdiyi mətbuat konfransında Türkiyənin daxili və xarici siyasətinin istiqamətlərindən bəhs edib.

Ölkəsinin Aralıq dənizindəki milli su sahələrində karbohidrogen ehtiyatların axtarışını, o cümlədən “Oruç Reis” kəşfiyyat-axtarış gəmisinin fəaliyyətini davam etdirəcəyini vurğulayan dövlət başçısı diqqətə çatdırıb ki, Türkiyə Aralıq dənizində bütün sahil ölkələri qane edəcək formulanın müəyyən edilməsinə tərəfdardır. Bütün anlaşılmazlıqları danışıqlar yolu ilə həll etməyə hazır olan Türkiyə bunun üçün diplomatik imkanlara dəyər verir. Türkiyənin heç bir ölkənin torpağında və təbii sərvətində gözü yoxdur. Sadəcə olaraq, beynəlxalq hüquqla müəyyən edilən hüquqlarını müdafiə edir və hər kəsdən buna sayğı göstərməsini istəyir.

Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında ölkə iqtisadiyyatının inkişafı, eləcə də nəqliyyat və infrastruktur, həmçinin yeni tip koronavirus pandemiyası ilə əlaqədar aparılan mübarizənin nəticələrinə geniş yer ayırıb. Bildirib ki, Türkiyə inkişaf istiqamətlərini qətiyyətlə davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər