11 Avqust 2020 08:45
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda son sutkada 53 016 nəfərə COVID-19 diaqnozu qoyulub.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Bildirilib ki, ölkə üzrə yoluxanların ümumi sayı 2 267 153 nəfərə yüksəlib.

Cənubi Asiyanın bu ölkəsində son sutkada 887 nəfər pandemiyanın qurbanı olub. Pandemiya qurbanlarının sayı 45 353 nəfərə çatıb.

Məlumata görə, hazırda xəstəxanalarda 640 160 pasiyent müalicə alır, 1 581 640 nəfər isə sağalaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər