12 Avqust 2020 11:21
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun “BELTA” dövlət agentliyi Minskdəki iğtişaşları əlaqələndirən insanların tutulması barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Minsk sakini olan saxlanılanların biri Belarus paytaxtındakı mehmanxanaların birinin 17-ci mərtəbəsində nömrə icarəyə götürüb. O, aksiyaları oradan əlaqələndirib.

“Həmin şəxs tabeliyində olan 3 nəfəri idarə edib. Onlar da öz növbəsində yüzlərlə adamı idarə ediblər”, – deyə agentlik qeyd edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər