Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra daha bir ərəb ölkəsi İsraillə əməkdaşlıq müqaviləsi imzalayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumatda BƏƏ-dən sonra İsraillə münasibətlərin normallaşmasını istəyən ölkənin Bəhreyn olduğu bildirilib. Lakin tərəflər arasında sözügedən anlaşmanın nə zaman imzalanacağı deyilməyib.
Hələlik nə Bəhreyn, nə də İsraildən məsələ ilə əlaqədar rəsmi açıqlama verilib.
Qeyd edək ki, Bəhreyn ötən gün İsraillə münasibətlərin normallaşmasına dair müqavilə imzalayan BƏƏ-ni təbrik etmişdi.