Çinin şimal-qərbindəki Şaanşi əyalətində meydana gələn torpaq sürüşməsində 19 nəfər həyatını itirib.
Teleqraf.com Sabah qəzetinə istinadən xəbər verir ki, hadisənin Yanan şəhərində yol inşaatında baş verdiyi bildirilir.
Rəsmi məlumatlara görə, Huangling-Yanan magistral yolunun genişləndirmə işi zamanı təhlükəsizlik tədbirlərinin pozulması nəticəsində torpaq sürüşməsi baş verib.
Faktla bağlı araşdırmalar davam edir.
Samir