15 Avqust 2020 17:57
13 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp xəstəxanaya yerləşdirilən qardaşı Robert Trampa baş çəkib.

Teleqraf.com xəbər verir ki, ABŞ mediası Robert Trampın vəziyyətinin ciddi olduğunu yazır.

Prezident Tramp Nyu-Yorkdakı xəstəxanada 45 dəqiqə qalıb. O, qardaşının səhhəti barədə həkimlərdən məlumat aldıqdan sonra ərazini tərk edib.

Qeyd edək ki, Prezident Tramp 72 yaşlı qardaşı xəstəxanaya qaldırıldıqdan sonra verdiyi ilk açıqlamada gözəl bir qardaşının olduğun demişdi: “Doğulduğu gündən münasibətlərimiz əla olub. İnanıram ki, yaxşılaşacaq, amma çətin bir dövrdən keçir".


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər