Türkiyənin Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Liviyaya gəlib.
Teleqraf.com xəbər verir ki, paytaxt Tripoliyə gələn türk generallar Liviyadan olan həmkarları ilə görüşüb.
Görüşdə bölgədəki son durum müzakirə olunub.
Müdafiə naziri və baş qərargah rəisinin Sirtə və Cufradakı əməliyyatlardan əvvəl Türkiyənin bölgədəki hərbi bazalarına baş çəkəcəyi bildirilib.