Çinin Əqli Mülkiyyət Hüquqları Dövlət İdarəsi ölkədə hazırlanmış koronavirusa qarşı peyvənd üçün ilk patent verib.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Sinxua" agentliyi İdarəyə istinadən bildirib.
Məlumata əsasən, söhbət CanSino Biologics və Hərbi Tibb Elmləri Akademiyasının yanında Biomühəndislik Tədqiqatları İnstitutunun birgə hazırladığı adenoviral vektor Ad5-nCoV-a əsaslanan rekombinant peyvəndindən gedir.
Bildirilib ki, həmin vaksin tez bir zamanda geniş miqyasda istehsal edilə bilər.