İsrail ordusu Qəzza zolağında “Həmas”a aid mövqelərə qırıcı təyyarələr və tanklarla zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusu Tvitterdə məlumat yayıb.
Açıqlamada elan edilib ki, İsrail tərəfinə “yanan balonlar” göndərildiyindən “Həmas” mövqeləri vurulub.
Fələstin mənbələri isə bildirib ki, İsrail qırıcıları Qəzza və Rəfah məntəqəsində “Həmas”ın silahlı qolu olan İzəddin əl-Kassan alayına aid bir mövqe və müşahidə postunu vurub.
İsrail tərəfi əlavə edib ki, Qəzzadan İsrail ərazilərinə 6 raket atılıb.