Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Yunanıstanın ərazi sularını genişləndirmək qərarı ilə bağlı sərt xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, Çavuşoğlu bu qərarın müharibəyə səbəb olacağını bəyan edib.
"Yunanıstan Egeydə sərhədlərini 12 milə qədər artıra bilməz. Bu, müharibə səbəbidir. Parlamentimizin illər əvvəl qəbul etdiyi qərar keçərlidir. Yunanıstanın ərazi sularının 6 mildən 12 milədək artmasına icazə verməyəcəyik. Bunu çox açıq şəkildə deyirəm", - Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 1995-ci ildə verdiyi qərara əsasən ölkələrin təkbaşına məhəlli sularını 6 mildən artıq genişləndirmək istəyi müharibə səbəbi hesab olunur.