30 Avqust 2020 20:36
2 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin regional əməkdaşlıq naziri Ofir Akunis ölkəsinin BƏƏ ilə münasibətləri normallaşdırmağı nəzərdə tutan anlaşmanı gələn ayın ortalarında imzalayacağını söyləyib.

Teleqraf.com xəbər verir ki, Akunis sabah Əbu-Dabiyə gedəcək İsrail və ABŞ nümayəndə heyətlərinin müqavilənin imzalanma tarixini müzakirə edəcəklərini bildirib.

Sazişin Vaşinqtonda imzalanacağını deyən nazir qeyd edib ki, sabah BƏƏ-də keçiriləcək danışıqların nəticələrindən biri də razılaşma tarixinin müəyyənləşdirilməsi olacaq: “Ümid edirik ki, imzalama mərasimi Ro. Aşanadan (İbrani təqviminə görə, bu il 18 sentyabrda qeyd ediləcək Yeni il) əvvəl olacaq”.

İsrailin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri meyr Ben-Şabbat və ABŞ prezidentinin müşaviri Jared Kuşnerin də aralarında olduğu Amerika və İsraildən olan nümayəndə heyətləri bir sıra məsələləri müzakirə etmək üçün BƏƏ-yə gedəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər