31 Avqust 2020 00:28
3 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübahisəli Cammu-Kəşmir bölgəsində Hindistanın təhlükəsilik qüvvələri ilə müstəqilik tərəfdarları arasında toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, qarşıdurmada 3 etirazçı və bir polis həlak olub. Bu, son iki gündə bölgədə baş verən üçüncü qanlı qarşıdurmadır. Ümumilikdə son toqquşmalarda 2 polis, 10 etirazçı həyatını itirib. Hindistan ötən il konstitusiyaya dəyişikliklə Cammu və Kəşmir bölgələrinin xüsusi statusunu ləğv edərək, bölgələrin birləşdirilməsi qərarını vermişdi. Pakistan Hindistan hökumətinin bu addımına etiraz etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər