4 Sentyabr 2020 10:15
3 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Şimali Kipr və Liviyada dəniz və hərbi hava bazaları quracaq, Keçidqaladakı dron bazası hərbi hava bazasına çevriləcək.

Teleqraf.com xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb.

Məlumatda Ankaranın Şimali Kipr Cümhuriyyətinə əlavə canlı qüvvə və hərbi texnika göndərəcəyi bildirilib.

Bölgədə baş verən proseslərə Qərb dövlətlərinin münasibətini nəzərə alan Ankara İncirlik hərbi hava bazasının fəaliyyətinə yenidən baxacağı iddia olunub.

Türkiyənin Şimali Kiprdə 42 ildir bağlı qalan Maraş şəhərini açmağa hazırlaşdığı, Aralıq dənizinin şərqində NAVTEX elan edəcəyi diqqətə çatdırılıb.

Sınaqdan keçirilən “S-400” hava hücumundan müdafiə sistemlərinin Aralıq dənizinin şərqinə nəzarət edəcək səviyyədə aktivləşdiriləcəyi bildirilib. Hərbi mütəxəssislər isə sistemlərin artıq aktiv olduğunu iddia edirlər. Başqa bir iddiaya görə, Rusiya ilə ikinci “S-400” anlaşması imzalanacaq, ABŞ-ın vermədiyi “F-35”-lərin yerinə də Moskvadan 5-ci nəsil döyüş qırıcıları alınacaq.

Türk professor Mustafa Sıtkın Aralıq dənizinin şərqində Türkiyə ilə böyük güclər arasında savaş getdiyini deyib:

“Artıq Türkiyə Aralıq dənizinin şərqində öz gücünü göstərib. Əlbəttə, Türkiyənin bölgədə güclənməsi klassik hegemonlar və koloniya gücləri – Fransa, ABŞ, Almaniya, İtaliya və İngiltərənin xoşuna gəlmir. Bir şəkildə Türkiyənin manevr sahəsini məhdudlaşdırmaq istəyirlər. Amma Türkiyə Yunanıstanın arxasında duran bu güclərin oyunlarını poza bildi”.


Müəllif: Mənsur Rəğbətoğlu