5 Sentyabr 2020 13:15
3 626

Alman iş adamları Rusiya layihəsi olan “Şimal Axını-2” qaz kəmərinin tikintisindən imtina qərarını qiymətləndirirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” nəşri məlumat yayıb.

Alman qaz şirkəti “Zukunft Erdgas”ın rəhbəri Timm Köhler inşaatın dayandırılması səbəbindən silinən investisiyaların həcminin 8 milyard avro olacağını təxmin edir. Sonradan istifadə olunmayan boru kəmərlərinin birləşdirilməsinə xərclənmiş daha dörd milyard avronun qaz istehlakçıları tərəfindən ödənməli olduğunu deyib.

Almaniya İqtisadiyyat Nazirliyinin rəsmi nümayəndəsi Oliver Hermes ayrı-ayrı Avropa şirkətləri üçün bütün investisiyaların itkisinin milyardlarla avroya başa gələ biləcəyini söyləyib.

Bundan əvvəl, Almaniya “Şimal Axını-2”-nin tətbiqinə iki illik moratorium tətbiq edərək boykot təklif edib. Bu qərarın Berlinin Moskvanı zəhərləməkdə ittiham etdiyi Aleksey Navalnı ilə bağlı vəziyyətə görə lazım olduğu bildirilib.

“Şimal Axını-2” kəmərinin inşası 2019-cu ilin sonunda başa çatmalı idi. Lakin ABŞ-ın Rusiya ilə işləyən Avropa şirkətlərinə sanksiya tətbiq edəcəyi xəbərdarlığından sonra iş təxirə salınmalı oldu. Xüsusilə, layihə üçün boru istehsal edən şirkətlər sanksiya tətbiqi ctəhlükəsi ilə qarşılaşdı.


Müəllif: Mənsur Rəğbətoğlu