İtaliya Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı sanksiyalara görə 2 milyard avro itirib.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bunu İtalyada “Şimal Liqası” partiyasının lideri Matteo Salvini açıqlayıb. Onun sözlərinə görə, Avropa Birliyinin (AB) isə bu sanksiyalara görə itirdiyi məbləğ daha çoxdur: “AB bu qadağalara görə, kənd təsərrüfatı üzrə ümumilikdə 5 milyard avro itirib.
Rəsmi Brüssel isə buna görə cəmi 200 milyon avro kompensasiya ödəməyə hazır olduğunu bildirir”.
Rusiya-İtaliya arasında turizm sahəsinin ikitərəfli inkişafı ilə bağlı Krıma səfər edən Salvini təəccübləndiyini də gizlətməyib: “Burada nə tank, nə də əsgərlər var. Bəzi mətbu orqanlarda dərc olunan xəbərlərdə burada müharibənin getdiyini bildirirlər. Ancaq burda çox sakitlikdi”.
“Şimal Liqası” partiyasının lideri Qərbin Rusiyaya qarşı sanksiyalarını pisləyib:
“Nikbin olmaq istəyirəm. Avropanın bəzi dövlətlərinin vəziyyəti düzgün qiymətləndirəcəyinə və yeni sanksiyaların tətbiqinə yol verməyəcəklərinə ümid edirəm”.
Samir