12 Sentyabr 2020 19:49
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Haqlı olan masadan, dialoqdan, danışıqlardan qaçmaz. Yunanıstan öz tezislərində haqlıdırsa, beynəlxalq hüquqa uyğun hesab edirsə, xəritələrlə, sazişlərlə, nümunələrlə gəlib masada izah edər. Türkiyə həmişə dialoqun tərəfdarıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"Biz də öz tezislərimizi ortaya qoyarıq. Hər kəs həmin gün Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında olduğu kimi kimin haqlı olduğunu görər. Biz ön şərt olmadan hər zaman dialoqun tərəfdarıyıq. Türkiyəyə qarşı ön şərt irəli sürülərsə, bizim də öz şərtlərimiz var. Ən ideal vəziyyət isə qeyri-şərtsiz anlaşmadığınız məsələləri müzakirə edə bilməkdir", - nazir bildirib.


Müəllif: Teleqraf.com