Türkiyədə son 24 saat ərzində daha 67 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 186 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 294 620 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 327 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 261 260 nəfər təşkil edir.