İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş Nazir Binyamin Netanyahunun ofisi məlumat yayıb.
Qeyd edək ki, son sutka ərzində İsraildə 2 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Sentyabrın 13-də hökumət ölkədə sentyabrın 18-dən başlayaraq 3 həftə müddətində sərt karantin rejiminin yenidən bərpa olunması haqda qərar qəbul edib.