23 Sentyabr 2020 23:26
1 820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla hər cür razılaşmalar nüvə və kütləvi qırğın silahlarının yayılmasına qarşı yönəlməlidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Hökumət Kabinetinin iclasının yekunlarına dair yaydığı bəyanatda bildirilib.

Açıqlamada İran regionda kütləvi qırğın silahlarını yaymaqda ittiham edilib.

Qeyd edilib ki, razılaşmalarda rəsmi Tehranın gələcəkdə ata biləcəyi təhrikedici addımların qarşısını almaq üçün İranın regionda təhlükəsizliyi hədələyən davranışları və bu ölkənin terrorizmi dəstəkləməsi araşdırılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər