Belarus Prezidenti Aleksandr Lukaşenkonun inaqurasiya mərasimi seçkinin nəticələrini tanımayan insanların küçələrə axışmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Belarus Daxili İşlər Nazirliyi hökumətə qarşı aksiyada 364 nəfərin saxlanıldığını bildirib.
Qeyd edək ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası seçkinin nəticələrinə görə, Aleksandr Lukaşenkonu altıncı dəfə prezident seçildiyini elan edib. Bu nəticə ilə razılaşmayan 100 minlərlə insan küçələrə çıxıb.
Hazırda ABŞ, Avropa Birliyi və Ukrayna Lukaşenkonun legitimliyini tanımadığını bəyan edib.