Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya lideri Mun Cje İnə məktub yazaraq üzr istəyib.
Teleqraf.com xatırladır ki, Cənubi Koreyanın COVİD-19-la mübarizə çərçivəsində Balıqçılıq Nazirliyinin əməkdaşının 500 tonluq gəmi ilə xidməti fəaliyyəti zamanı Şimali Koreya hərbçiləri tərəfindən güllələndiyi, daha sonra cəsədinin yandırıldığını elan etmişdi.
Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya liderinə yazdığı məktubda belə bir hadisənin baş verməməsinin lazım gəldiyini qeyd edib.
Kim Çen In mesajında bildirib ki, Şimali Koreya əsgərləri ölkəyə məxsus olan şimal dəniz sərhədinin 10 kilometr cənubunda sərhədi pozan gəmiyə 10 mərmi atıb və sərhəd pozucusunu ölü ələ keçirib, habelə gəmini yandırıb.
Kim Çen In məktubunda qeyd edib ki, hadisə ilə bağlı aparılan araşdırmanın nəticələri Cənubi Koreya ilə paylaşılacaq.