26 Sentyabr 2020 13:25
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xilasedicilər Xarkov vilayətinin Çuquyev şəhəri yaxınlığında An-26 hərbi təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış əməliyyatını dayandırıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, axtarış əməliyyatına daha üç kursantın cəsədinin tapılmasından sonra xitam verilib.

Bundan əvvəl Xarkov vilayətində An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayının 25-ə yüksəldiyi bildirilmişdi.

Təyyarə qəzası ilə bağlı cinayət işi başlanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər