12 Oktyabr 2020 14:18
2 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə verdiyi müsahibədə Donbasdakı müharibəyə son qoya bilməyəcəyi təqdirdə vəzifəsini tərk etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı reytinq və gücə bağlı olmadığını söyləyib.

“Müharibəni bitirə bilmərəmsə, bu faciəli hekayəni bitirə biləcək başqa bir adam gəlməlidir”, - Zelenski bildirib.

Bundan əvvəl Ukrayna prezidenti Donbasdakı silahlı qarşıdurmanı Rusiya ilə dialoq olmadan bitirməyin mümkün olmadığını söyləmişdi. Ukraynalıların əsla təslim olmadığını demişdi.

Donbasdakı silahlı qarşıdurma 2014-cü ildə Donetsk və Luqansk bölgələrinin Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər