19 Oktyabr 2020 16:45
2 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

1992-ci ildə İsveçrənin Prezidenti vəzifəsində çalışan Rene Felber 87 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin Sosial-Demokrat Partiyası məlumat yaylb.

“Yoldaşımız Rene Felber İsveçrə və sosial-demokrat dəyərlərimizə bağlı bir ömürdən sonra bizi tərk etdi”, - açıqlamada bildirilib.

Felber 1958-ci ildə Sosial-Demokrat Partiyasına qoşulub, 1988-1993-cü illərdə İsveçrə hökumətində təmsil edib. Felber ölkəni 1992-ci ildə 1 yanvar - 31 dekabr tarixlərində idarə edib.

Felber səhhətindəki problemlər səbəbindən istefa verib, ona xərçəng diaqnozu qoyulub.


Müəllif: Mənsur Rəğbətoğlu