19 Oktyabr 2020 19:46
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) kommersiya reysi ilə ilk təyyarə İsrailə uçub.

Teleqraf.com xəbər verir ki, bu, ölkələr arasında diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə baş verir.

BƏƏ-nin milli aviaşirkəti “Etihad Airways”ə məxus təyyarə Abu-Dabidən qalxaraq Tel-Əviv yaxınlığındakı “Ben Qurion” hava limanına enib.

“Boeing 787 Dreamliner” təyyarəsi ilə 58 sərnişin – iş adamları, səyahət agentləri, jurnalistlər və “Etihad Airways” rəhbərləri İsrailə gəlib.

İsrail və BƏƏ arasında müntəzəm uçuşların 2020-ci ilin sonuna kimi açılması planlaşdırılır.

Bundan əvvəl İsrail Knesseti (parlament) münasibətləri normallaşdırmaq üçün BƏƏ ilə imzalanmış razılaşmanı təsdiqləmişdi.


Müəllif: Səxavət