20 Oktyabr 2020 11:15
12 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oruc Rəis” tədqiqat gəmisinin Aralıq dənizində Türkiyənin qitə şelfindəki fəaliyyətini bərpa etməsi Yunanıstanın tarazlığını pozub.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın “Kathimerini” qəzeti Ankara və Afina arasında Aralıq və Egey dənizlərindəki gərginliyi nəzərə alaraq, hər cür ssenarinin yenidən nəzərdən keçirildiyini, ancaq mümkün müharibə üçün ilk müdaxilənin Türkiyədən gəlməsini gözlədiklərini yazıb.

Nəşr yunan donanmasına ehtimal olunan savaş üçün “həyəcan” siqnalı verildiyini bildirib.

Yunanıstanın bölgədə həm diplomatik, həm də hərbi baxımdan uzun bir gərginliyə qarşı hazırlıqlarını davam etdirdiyi qeyd edilən məqalədə, yunan ordusunun Türkiyə ilə mümkün hərbi qarşıdurma üçün plan hazırlığında olduğuna da diqqət çəkilib.

“Kathimerini” yunan donanmasının, xüsusən Aralıq dənizinin şərqindəki “Oruc Rəis” tədqiqat gəmisini dayandırmaq və bloklamaq üçün hərbi strategiyalara diqqət yetirdiyini bildirib. Nəşr Yunanıstan Silahlı Qüvvələrinin “Oruc Rəis” araşdırma gəmisinin bölgədə bir enerji mənbəyi tapacağı təqdirdə, Türkiyənin “Yavuz” gəmisini bölgəyə göndərilməsinin böhranı daha da dərinləşdirəcəyi ehtimalına qarşı xüsusi plan hazırladığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər