Tacikistan Prezidenti Emomali Rəhmon hökuməti istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin rəsmi saytında məlumat yerləşdirilib.
Sənəddə qeyd olunur ki, Nazirlər Kabineti istefaya göndərilir, lakin hökumət üzvləri yeni heyətin formalaşdırılmasına qədər öz öhdəliklərini yerinə yetirəcək.